image-img-20250206-wa0009backend

Ölkənin uğurlarına dostlar sevinir, USAİD kimi qurumlar və anti-milli ünsürlər isə düşmən mövqe tuturlar

image-reklam_sirab_01

Ötən illərdə  olduğu kimi, bu gün də təfəkkürlərində və düşüncələrində heç bir müasirliyə nail ola bilməyən dağıdıcı müxalifət nümayəndələri  xəyanət yolundadırlar.  Son illər müxtəlif internet kanalları açaraq qarayaxma kampaniyası ilə məşğul olan dağıdıcı müxalifətdə “inkarçılıq hissi” çox  yüksəkdir. Onların məqsədləri nəyin bahasına olursa olsun Azərbaycan hakimiyyətinin həyata keçirdiyi uğurlu layihələri   gözdən salmaq, aparılan siyasi, sosial-iqtisadi islahatlara mənfi don geyindirməkdir.  İqtidarın atdığı hər bir uğurlu addım radikal müxalifət tərəfindən birmənalı şəkildə səhv hərəkət kimi qiymətləndilir. “Bəs radikal müxalifətin özü nə edir, nə edəcək” sualı isə hər zaman cavabsız qalır. Özlərinin konsepsiyaları barədə bir kəlmə belə danışmırlar. Onlar nə öz platformalarını açıqlayır, nə də ki, iqtidarın siyasətinə alternativ təkliflər irəli sürürlər.  Bu isə onların çürük psixologiyasından, gələcəklə bağlı heç bir siyasi, iqtisadi, sosial konsepsiyalarının olmamasından xəbər verir. Sadəcə onlar hakimiyyəti boş-boşuna tənqid etməklə  və anti-Azərbaycan dairələrin tezislərini təkrarlamaqla məşğuldurlar.

Azərbaycanın  30 il işğal altında qalan torpaqlarının əbədi olaraq Ermənistana verilməsinin tərəfdarı olan ATƏT, Avropa İttifaqı, Fransa, ABŞ artıq gedən qatarın arxasınca  baxaraq yenidən fəallaşıblar. Eyni mənbədən idarə olunan anti-Azərbaycan dairələr bütün vasitələrdən istifadə edərək ölkəmizə qarşı birlikdə ideoloji, informasiya hücumuna keçiblər. Erməni vandalızmini görməzdən gələn milli xəyanətkarlarımızın  uzun illərdir lal olan dilləri açılıb. Bu ünsürlər qrant xatirinə vicdanlarını sataraq, vətəndaşlıq məsuliyyətlərini unudaraq ermənilərlə, onların havadarları ilə  yaxınlıq edirlər. Onlar ölkəmizə qarşı düşmən mövqeyi tutan USAİD, NED, Marşal Fondu, İREX kimi digər təşkilatlara xidmət göstərirlər.
Dövlətimizin hər bir uğuruna düşmən mövqeyindən baxmaq  radikal müxalifət üçün artıq xroniki xəstəlik halını alıb. Xankəndidə, Şuşada, Laçında … demək olar ki, sahiblərinə qovuşan bütün ərazilərimizdə dalğalanan bayraqlarımız  hər birimizi  qürurlandırdı. Dostlarımız  Qələbəmizə sevindilər, yanımızda oldular. Ancaq «xarici ağalarına»  boyun  əyən daxili satqınlarımız da onlara xoş gəlsin,  dilənçi paylarını kəsməsinlər deyə başlarına  qara bağladılar. Xankəndidə  üçrəngli Bayrağımızın dalğalanması  bütün dünyada  Azərbaycanın qüdrətinin göstəricisi kimi etiraf edilsə də ağalarının itaətində olan milli satqınlarımızın Şuşa, Xankəndi tərəfə baxmağa belə iqtidarları çatmadı.
Bu marginal zümrənin sosial şəbəkələrdəki çıxışlarındakı notların eyniliyi, isterika və primitivlik, səsləndirdikləri əsassız iddiaların üslubu, ifadə tərzi onların Qərbdəki ağalarından aldıqları tapşırıqları canla-başla yerinə yetirdiklərini bir daha təsdiq edir. Bütün bütün etik-mənəvi dəyərləri tapdalayaraq ölkəsinə, dövlətinə, dövlətçiliyinə şər-böhtan, təhqir yağdıran bu xəyanətkar autsayderlər cəmiyyətimizin etirazı və ictimai qınağı ilə üz-üzə qalıblar. Onların yalan və iftiralarına özlərindən başqa inanan yoxdur. Dövlət başçımızın Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri, işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın gündən-günə daha geniş vüsət alması həm ermənilərə,  həm bütün xarici düşmənlərə, həm də daxili antimilli satqınların qarayaxmalarına verilən ən tutarlı cavabdır.
Belə ki, Qazaxıstan parlamentinin iclasında Xalq Partiyasından olan deputatlar bu ölkənin ictimai təşkilatlarının xaricdən aldığı yardımlar barədə bütün hesabatların açıqlanmasını tələb ediblər. Qazaxıstanlı millət vəkillərinin araşdırmalarına görə Qazaxıstanda USAID-in fəaliyyəti ilə bağlı bir sıra detatllar üzə çıxıb. USAID onilliklər ərzində zərərli layihələrin maliyyələşdirilməsi ilə məşğul olub. 2022-2025-ci illərdə USAID Mərkəzi Asiyada insan hüquqlarının və bərabərliyin gücləndirilməsinə iki milyon dollar ayırıb. Bu proqramın icraçısı isə cinsi azlıqların hüquqları üzrə Avropa Beynəlxalq Assosiasiyasıdır və o Qazaxıstanda ABŞ hökumətinin yardım proqramlarını həyata keçirən təşkilatdır. Hazırda bununla bağlı araşdırma aparılır.
Bu da öz növbəsində bu təşkiların bütün dünya üzrə zərərli fəaliyyətinin nümunələrindən biridir.

Gülər Baxışova
Pedaqogika üzrə fəlsəfə doktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image