image-reklam-veteninfo
image-1backend

Ordumuzun polkovnikinə vəzifə veriləcək

image-reklam-veteninfo

Polkovnik Rəşad Əhmədova yeni vəzifə veriləcək.

Polkovnik Rəşad Əhmədovun Milli Müdafiə Universiteti ilə Elm və Təhsil Nazirliyi arasında koordinator vəzifəsinə təyin olunması nəzərdə tutulur.

Məlumata əsasən, o, yaxın vaxtlarda bu vəzifədə fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Rəşad Əhmədov hazırda Milli Müdafiə Universitetinin rektor müşaviri vəzifəsində çalışır.

O, daha əvvəl Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Beynəlxalq Təşkilatlarla və Qərb ölkələri ilə əməkdaşlıq şöbəsinin rəis müavini vəzifəsində xidmət edib. Attaşelik sahəsində də təcrübəyə malik olan polkovnik ABŞ və Böyük Britaniyada müxtəlif hərbi attaşelik vəzifələrində fəaliyyət göstərib.

Rəşad Əhmədov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur./Bakıvaxtı.az/




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki