İranın Azərbaycandakı keçmiş səfiri və beynəlxalq məsələlər üzrə ekspert Möhsün Pakayin İran-Ermənistan münasibətlərinin son vəziyyəti barədə danışıb.
Vətəninfo.az xəbər verir ki, Pakayinin sözlərinə görə, Ermənistan üçün İran marşrutu mühüm əhəmiyyət daşıyır və Tehranla İrəvan arasında tranzit, yol və tunel tikintisi sahələrində əməkdaşlıq həyata keçirilir. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh prosesindən sonra İran-Ermənistan münasibətlərində də müsbət dinamika yaranıb.
Keçmiş səfir iddia edib ki, “İran Zəngəzurun Ermənistanın ərazi bütövlüyü çərçivəsində qalmasını dəstəkləyib”. Onun fikrincə, Bakı və İrəvan arasında münasibətlərin yaxşılaşması Ermənistanın bölgədəki təcridinin azalmasına və qonşu ölkələrlə, xüsusilə İranla əlaqələrini genişləndirməsinə şərait yaradıb.


























