image-89backend

Pakistanda bombalı hücum nəticəsində 4 nəfər həlak olub

image-reklam_sirab_01

Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobili hədəf alan bombalı hücumda 2-si polis işçisi olmaqla 4 nəfər həyatını itirib, 15-i yaralanıb.

Vətəninfo.az xəbər verir ki, Kuetta şəhərinin işlək küçələrindən birində polis əməkdaşlarını daşıyan avtomobilə bombalı hücum təşkil edilib.

Partlayışda 2-si polis olmaqla 4 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

Baş nazir Şahbaz Şərif tvitter səhifəsində hücumu pisləyib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki