Pakistanın şimalında törədilən terror aktı nəticəsində azı 8 hüquq-mühafizə orqanı əməkdaşı həlak olub, 57 nəfər yaralanıb. Vətəninfo.az xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb.
Qatil-terrorçu Terrorla Mübarizə İdarəsinin (CTD) ofisində əldəqayırma partlayıcı qurğunu işə salıb, nəticədə bina tamamilə uçub.
Şahidlərin sözlərinə görə, iki partlayış olub.
Hazırda xəstəxanalar və xilasetmə xidmətləri fövqəladə rejimdə işləyir, dağıntılar altında insanların ola biləcəyi ehtimal edilir.