image-4backend

Parisdə “İranda edama qarşı birlikdə” konfransı keçirilib

image-reklam_sirab_01
“Güney Azərbaycan Demokratik Birliyinin” media mərkəzi “ƏRK” cəmiyyətinə istinadən xəbər verir ki, aprelin 13-də Paris hüquqşünasları, bir sıra insan haqları təşkilatları və Sərhədsiz Reportyorlar Təşkilatı “Paris Vəkillər Mərkəzində” “Edam cəzasına qarşı birlikdə” adlı konfrans keçiriblər.
Konfransda Azərbaycan İnsan Haqları Cəmiyyəti “ƏRK” də iştirak edib.
Konfransda professor Cavid Rəhman da çıxış edib və etirazlar zamanı edamlarla bağlı İranda insan haqlarının pozulmasını bildirərək, daha çox milli azlıqların, o cümlədən etnik bəluçların edama məruz qaldığını qeyd edib.
Doktor Mahmud Əmiri Müqəddəm İranda edam cəzasına toxunaraq bildirib ki, ötən il İranda edamların sayı əvvəlki illə müqayisədə 75% artıb. O, əlavə edib ki, etnik bəluçlar İran əhalisinin 2,6 faizini təşkil etdiyi halda bütün edam edilənlərin 30%-i etnik bəluç məhbuslardır.
Hesabata görə, 2022-ci ildə Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Sistan-Bəluçistan və Kürdüstan əyalətlərində 130 nəfər edam edilib.
Milli azlıqlar İranda təcrid olunmuş sosial-iqtisadi qruplar sırasındadır.
Edam cəzası İranda milli azlıqlara qarşı sistematik diskriminasiyanın və geniş repressiyaların bir hissəsidir.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki