image-image_750x_63edf9b7cbdf9-640x403backend

Paşinyan sərhəddəki VƏZİYYƏT BARƏDƏ: “Razılıq əldə olunub”

image-reklam_sirab_01

Paşinyan Azərbaycanla sərhəddəki vəziyyətin xeyli yaxşılaşdığını bildirib.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 6-da hökumətin iclasında deyib.

“Sərhədin mühafizəsi prosesinin dərhal başlanması zamanı xəritələrdə uyğunsuzluqların olduğu müəyyən edilib. Bu məlumatı Ermənistan Təhlükəsizlik Xidməti verib. Məlumata görə, buna görə problemlər yaranıb.

Müəyyən ərazilərdə Azərbaycan tərəfi Ermənistan sərhədlərinin 100-300 metr dərinliyində qoşun yeridib və mühəndis işləri aparıb. Bundan sonra hər iki tərəfin kartoqraflarının vəziyyəti aydınlaşdıracağına dair razılıq əldə olunub.

Xüsusən, 12 km-dən 7 km-də mövqelər dəqiqləşdirilib, 5 km-də işlər davam etdirilir. Ümid edirəm ki, dispozisiyaların dəqiqləşdirilməsi işi konstruktiv şəraitdə aparılacaq. Ən azından bizim münasibətimiz belədir”, – Paşinyan deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki