Vətəninfo.az xəbər verir ki, 30 il Azərbaycanın işğal altındakı ərazilərində təkcə mülkü deyil,dini abidələrə qarşı da soyqırım həyata keçirın Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da səfəri zamanı bəyan edib ki, Cənubi Qafqazda dini tolerantlığın yaxşı ənənəsi var ki, bu da regionda sabitlik üçün çox vacibdir.
Ermənistan mətbuatının verdiyi məlumata görə, bunu Vaşinqtonda keçirilən dini etiqad azadlığının beynəlxalq sammiti zamanı Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, xoşbəxtlikdən siyasi və etnik fərqliliklərə baxmayaraq, regionumuzda yaxşı dini tolerantlıq və hörmət ənənəsi var və bu, Cənubi Qafqazda davamlı sülh və sabitliyi daha da reallaşdırır.
Nikol Paşinyan lideri olduğu ölkəsinin məhz müsəlman-türk olduğu üçün Azərbaycanlıları soyqırıma məruz qoymalarını,müsəlman dini abidələrini,məzarlıqlarını dağıtdıqları görünür unudur.
1988-ci ildə yüzminlərlə Azərbaycan türkünü məhz müsəlman olduğu üçün ölkədən sürgün etdiklərini,Qarabağda məscidləri donuz damına çevirdiklərini,yandırdıqlarını gizlədə bilmədiklərinin görünür bu çıxışı ilə gizlətmək istəib.
Vətəninfo.az