Ermənistanın Mərkəzi Seçki Komissiyası oktyabrın 25-də ölkədə keçirilən bələdiyyə seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Baş nazir Nikol Paşinyan rəhbərlik etdiyi “Vətəndaş müqaviləsi” partiyasının bir sıra icmalarda qələbə qazandığını bəyan edib.
Paşinyan sosial şəbəkə hesabında paylaşdığı açıqlamada seçkilərin nəticələrini şərh edərək bildirib:
“Dünən keçirilən yerli özünüidarəetmə seçkilərindən sonra ‘Vətəndaş müqaviləsi’ Partiyası bir sıra icmalarda sarsıdıcı qələbə qazanıb”.
Qeyd edək ki, sözügedən açıqlama Paşinyanın seçkilərin ilkin nəticələrinə dair mövqeyini əks etdirir. Partiyanın əldə etdiyi nəticələrin detalları isə rəsmi seçki məlumatları əsasında dəqiqləşdirilməlidir.


























