image-image_750x_643f8b69b1c4ebackend

Pentaqondan sızan bəzi sənədlər saxtadır – Yens Stoltenberq 

image-reklam_sirab_01

Məlumatın sızması nəticəsində internetdə peyda olan Pentaqonun bəzi məxfi sənədləri reallığa uyğun gəlmir. Vətəninfo.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq CNN telekanalına müsahibəsində bildirib.

“Biz hamımız gördük ki, sızdırılan bu sənədlərdən bəziləri həqiqətə uyğun deyil və spekulyasiya predmetinə çevrilib. Onların NATO müttəfiqlərinin Ukraynadakı hərəkətlərinə təsir edəcəyini düşünmürəm”.

Bir müddət əvvəl Amerika KİV-i Pentaqon və ABŞ Ədliyyə Nazirliyinin Vaşinqton və NATO-nun Ukrayna silahlı qüvvələrini əks-hücum əməliyyatına hazırlamaq planlarına aid məxfi sənədlərin sızması ilə bağlı araşdırmaya başladığı barədə məlumat yayıb.

“Twitter” və “Telegram” sosial şəbəkələrində silahların çatdırılma qrafiki və qoşunların sayı barədə məlumatları açıqlayan çoxlu materiallar yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki