image-reklam-veteninfo
image-bhef8mupjtymfbbk-1backend

Pezeşkian və Araqçi ABŞ -a gedir 

image-reklam-veteninfo

ABŞ hakimiyyəti İran Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Araqçinin BMT Baş Assambleyasının iclaslarında iştirak etməsi üçün onlara viza verəcək.

Vətəninfo.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.
NBC News-a danışan mənbənin sözlərinə görə, Pezeşkian və Araqçi ABŞ vizası alacaq İran nümayəndə heyətinin tərkibinə daxil ediləcəklər.
ABŞ Dövlət Departamenti də İranın “əsas nümayəndə heyəti”nin BMT tədbirlərində iştirak etmək üçün viza alacağını təsdiqləyib.
Bununla yanaşı, qeyd olunub ki, bu il BMT Baş Assambleyasında iştirak edəcək İran nümayəndə heyətinin tərkibi əvvəlki illə müqayisədə daha az olacaq.
BMT Baş Assambleyasının növbəti sessiyası gələn həftə Nyu-Yorkda keçiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki