PKK terrorçularının xaricdə yaşayan Türkiyə vətəndaşlarına qarşı təxribatları davam edir.
Vətəninfo.az xəbər verir ki, PKK terroçularına bağlı qruplar Fransa və Belçikada səs vermək üçün təyin olunmuş yerlərə gedən Türkiyə vətəndaşlarına hücum ediblər.
Əsas hücumlar Fransanın Paris, Strasburq və Bordo şəhərlərindəki konsulluqlara səs verməyə gedən vətəndaşlara qarşı törədilib.
Hər iki ölkədə polis təxribat törədən terrorçulara mane olmayıb.