Çeçenistanın Qudermes şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı hücum olub.
Vətəninfo.az xəbər verir ki, Çeçenistan rəhbəri Ramzan Kadırov hadisə yerinə gəlib. Kadırovun sözlərinə görə, “xüsusi əməliyyat” həyata keçirilib.
“Hərbiçilər qarşısını kəsdilər və onlara təslim olmağı təklif etdilər. Blokadadan xilas olmağa çalışan cinayətkarlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qumbara atıblar. Hər ikisi cavab atəşi ilə məhv edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları və mülki şəxslərdən heç biri xəsarət almayıb”, – deyə Çeçenistan rəhbəri bildirib.