image-340998637_633830615212762_608781277972172645_nbackend

“Politico”: İran raket yanacağı almaq üçün Rusiya və Çinlə gizli danışıqlar aparır

image-reklam_sirab_01
Rusiya və Çin hökumətlərinin nəzarətində olan qurumlar ballistik raketlərdə istifadə olunan bərk yanacaq tədarükü üçün İranla gizli danışıqlar aparır. Vətəninfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, ammonium perxloratın alınması ilə bağlı danışıqlarda İran nümayəndə heyətinin rəhbəri, İranın Pekindəki diplomatı, Çində “texnologiya üzrə məsləhətçi” kimi çalışan Səccad Əhədzadədir.
İrana lazım olan ammonium perkloratın miqdarı hələlik məlum deyil, ancaq məlumatlı diplomatlar hesab edirlər ki, İran bundan minlərlə raketin, o cümlədən “Zülfiqar” raketlərinin istehsalında istifadə etmək fikrindədir.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki