13–14 fevral 2025-ci il tarixində “Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi-nin sədri Azər Məmmədov “Potensialın gücləndirilməsi təliminin davamı” adlı tədbirdə iştirak edib. İştirakçılar əvvəlki təlimdə əldə olunan bilikləri praktik işlərlə möhkəmləndirib, fəaliyyət planları və sübutlara əsaslanan advokasiya təklifləri hazırlayıblar. Təlim QHT-lərin davamlı maliyyələşmə və büdcə advokasiyası imkanlarının inkişafına töhfə verib.
“Feniks” Sağlam Həyat Təbliği İctimai Birliyi İİV və vərəm sahəsində icma əsaslı xidmətlərin əlçatanlığının, keyfiyyətinin və dayanıqlılığının gücləndirilməsinə yönələn əməkdaşlığı və dialoqu dəstəkləməyə davam edir.




























