image-1-50-780x470backend

“Praqa görüşündə Laçın yolunun dəhlizi statusunun ləğvi razılaşdırılıb”

image-reklam_sirab_01

“Qərb Fransa prezidenti Emmunael Makronun vasitəsi ilə Ermənistanın bundan sonra onlar üçün hansı funksiyanı həyata keçirəcəyini müəyyən edib. Münhen Konfransında Makronun çıxışı da həmin rolun istiqamətlərini göstərdi”.Bunu erməni ictimai-siyasi fəal Hayk Usunts deyib.

O, “Jamanak” qəzetinə yazdığı məqalədə iddia edib ki, anti-Rusiya koalisiyasına qoşulan Ermənistana “bufer zona” rolu verilir. “Daha sadə dillə desək, Ermənistan geosiyasi münaqişələrin piyadasına çevrilməlidir”.

Usunts qeyd edib ki, bir vaxtlar ruslar Ermənistanı özlərinin “forpostu” adlandıranda, çoxları buna etiraz edib. “Forpost “qorunan qala” deməkdir. “Vətəndaş cəmiyyəti” oyunçuları isə iddia edirdilər ki, bu, Ermənistanın suverenliyinə təhdiddir. Lakin “bufer zona” isə “xarabalıq” anlamındadır. Amma həmin adamların heç biri səsini çıxarmır”.

Erməni siyasətçi daha sonra iddia edib ki, “bufer zona” Türkiyə-Azərbaycan cütlüyünə verilib və bu açıq-aydın görünür. “Problem Qarabağ və Ermənistanda Rusiya faktorunu aradan qaldırmaqdır. Paşinyan və Əliyevin Praqada əldə etdiyi və Münhendə təsdiqlənən razılaşma Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını nəzərdə tutur ki, bunun ardınca Ermənistandakı Rusiya hərbi bazasının da bağlanması baş verəcək”.

Usunts bildirib ki, Nikol Paşinyan anti-Rusiya (həmçinin anti-İran) koalisiyasına  qoşulmağa razılaşıb. “Qərb Nikola Belarus prezidentliyinə namizəd Tixanovskayanın yanında yer ayıracağına söz verib. Üstəlik, Qarabağı Azərbaycanın tərkib hissəsi saymaqla, Rusiya sülhməramlılarının oradan çıxmasına şərait yaradır. Nikol həmçinin  10 noyabr üçtərəfli bəyanatın redaktəsinə, daha doğrusu, düzəlişinə “hə” deyib. 2022-ci il oktyabrın 6-da Praqada “Laçın dəhlizi” anlayışı 10 noyabr mətnindən çıxarılıb. “Dağlıq Qarabağ”  danışıqlar mövzusundan kənarda qalıb. Ermənistanın qeyd-şərtlərini qeyd etmədən Almatı bəyannaməsinə istinad etmək, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımaq və Laçın dəhlizi məsələsini dəfn etmək deməkdir”.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki