image-reklam-veteninfo
image-642411310616bbackend

Prezident Ərdoğan: “İsrailin etdiyi zülm və təxribat siyasətidir”

image-reklam-veteninfo

Vətəninfo.az xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğan İsrail polisinin Əl-Əqsada namaz qılan fələstinlilərə hücumuna reaksiya göstərdi.

Ərdoğan “Türkiyə hücumlar qarşısında səssiz qala bilməz. Əl-Əqsaya əl uzatmaq, Hərəmi Şərifin müqəddəsliyini tapdalamaq bizim qırmızı xəttimizdir. Bu, zülm və təxribat siyasətidir” deyib.

İsrailin Əl-Əqsaya basqın etməsinə reaksiya göstərən dövlət  başçısı onu da deyib ki, müsəlmanların birinci qibləyə qarşı alçaq hərəkətlərini qınayıram və hücumların bir an əvvəl dayandırılmasına çağırıram. Aydın olur ki, zorakılıq dalğasının arxasında İsrail rəhbərliyinin bütün xəbərdarlıqlara baxmayaraq göstərdiyi zorakılıq dalğasının arxasında ölkə daxilində yaşanan siyasi tıkanıklıq var. Bunun adı zülm siyasətidir, təxribatdır. Fələstinli qardaşlarımızı əsla yalnız buraxmayacağıq. Bu zoraklığı qınayır, İsraili belə hücumların qarşısını almağa çağırırıq.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki