image-1backend

Putin: “Əslində Ukrayna müqaviləni uzatmamaqla Avropanı cəzalandırdı”

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin Ukraynanın Rusiya təbii qazının tədarükü ilə bağlı müqaviləni uzatmamaqla Avropanı cəzalandırdığını bildirib.

Vətəninfo.az xəbər verir ki,Leninqrad vilayətində keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının iclasından sonra mətbuat konfransında çıxış edən V.Putin Rusiya təbii qazının Ukrayna üzərindən Avropaya daşınması məsələsinə də toxunaraq deyib: “Ukraynalılar razılaşmanı uzatmayacaqlarını açıqladılar. Etmirlərsə, etməsinlər. Avropanın onlara uzatdığı qolu kəsirlər. Avropanın dəstəyi olmadan Ukrayna var ola bilməz. Onlar bizim qazın tədarükü ilə bağlı müqaviləni uzatmamaqla Avropanı cəzalandırırlar.

Avropaya qaz nəqlinin dayanacağı təqdirdə qazın qiyməti arta biləcək.

Rusiya qazının Ukrayna üzərindən daşınması ilə bağlı razılaşma dekabrın 31-də bitir. Artıq 3-4 gün ərzində razılığa gəlmək mümkün deyil. Bununla belə, Rusiya təbii qazını Polşa üzərindən Avropaya çatdırmağa hazırdır və bunu ən qısa vaxtda edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image