Vətəninfo.az xəbər verir ki , Rusiya Prezidenti Vladimir Putin bildirib ki, bir saat əvvəl ona Rusiya Silahlı Qüvvələrinin 810-cu briqadasının hərbçilərinin “Kursk vilayətində Ukrayna ilə sərhədi keçdiyi” barədə məlumat verilib.
O, Sankt-Peterburqda pilotsuz uçan aparatların istehsalı zavoduna baş çəkərkən jurnalistlərin suallarını cavablandırarkən deyib: “Cəmi bir saat əvvəl mənə verilən son məlumat odur ki, bu gecə 810-cu briqadanın əsgərləri Rusiya Federasiyası və Ukrayna sərhədini keçərək düşmən ərazisinə daxil olublar.
Öz növbəsində, “Rusiya Silahlı Qüvvələri Kursk vilayəti ərazisindən Ukrayna ərazisinə daxil olub”, Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib. Onun sözlərinə görə, Təxribat-Kəşfiyyat Qrupu (TKQ) Ukraynaya daxil olub və artıq bütövlüklə məhv edilib.
“Rusiya TKQ-nın fəaliyyətlərinə cəhdlər tez-tez baş verir, lakin Müdafiə Qüvvələri onları məhv edir. Putinin rusların genişmiqyaslı hücumu ilə bağlı məlumatı yalandır”, – Kovalenko qeyd edib.