Rusiya prezidenti Vladimir Putin Baltik dənizində Hörmüz boğazı və Fars körfəzində yaranmış vəziyyətə bənzər gərginliyin yaşanmasını istəmədiklərini bildirib.
Vətəninfo.az xəbər verir ki, Putin bu barədə Rusiya-Afrika sammitinin yekunlarına həsr olunmuş mətbuat konfransında danışıb. Bu barədə TASS məlumat yayıb.
Rusiya liderinin sözlərinə görə, Finlandiya prezidenti Aleksandr Stubb və Norveçin baş naziri Yonas Qar Störe ilə telefon danışıqları zamanı Baltik dənizində gəmiçiliyin təhlükəsizliyi məsələləri müzakirə olunub.
Putin qeyd edib ki, Finlandiya və bir sıra digər Avropa ölkələri beynəlxalq münasibətlərin bütün iştirakçılarının beynəlxalq dəniz hüququna riayət etməsinin tərəfdarıdır. Onun sözlərinə görə, Rusiya da bu yanaşmanı dəstəkləyir.
“Biz bu yanaşmanı dəstəkləyirik. Bəs əks halda nə baş verəcək? Əks halda, Hörmüz boğazındakı vəziyyətə bənzər bir vəziyyət yaranacaq. Kimsə Baltik dənizində Fars körfəzində və ya Hörmüz boğazında olduğu kimi eyni vəziyyətin yaranmasını istəyirmi? Bilmirəm. Biz bunu istəmirik”, – deyə Putin bildirib.


























