image-reklam-veteninfo
image-1backend

Putin və Si Cinpin Şençjendə danışıqlara başlayıblar

image-reklam-veteninfo

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin Şençjendə Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüş keçirirlər.

Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Putin Çinə iki günlük işgüzar səfərə gəlib. Görüşün protokol hissəsində Si Cinpin Rusiya ilə Çin arasındakı münasibətləri yeni tip böyük dövlətlərarası əlaqələr üçün nümunə adlandırıb. O bildirib ki, iki ölkə arasındakı münasibətlər möhkəm liderlik sayəsində dünyada baş verən çətinliklərə baxmayaraq sabitliyini qoruyur.

Vladimir Putin isə Moskva ilə Pekin arasında əməkdaşlığın inkişaf etdiyini və xarici siyasət əlaqələrinin sabit xarakter daşıdığını vurğulayıb. Onun sözlərinə görə, iki ölkə daha ədalətli çoxqütblü dünya nizamının formalaşdırılması istiqamətində birgə fəaliyyət göstərir.

Putinin köməkçisi Yuri Uşakovun açıqlamasına görə, geniş tərkibdə keçiriləcək danışıqlarda enerji, maliyyə, yüksək texnologiyalar və süni intellekt sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Bundan sonra liderlərin Ukrayna müharibəsi və Koreya yarımadasındakı vəziyyət də daxil olmaqla beynəlxalq gündəlikdəki məsələləri müzakirə etmək üçün məhdud tərkibdə işgüzar səhər yeməyində bir araya gələcəkləri bildirilir.

Məlumatda, həmçinin Putin, Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüşün noyabrın 19-na planlaşdırıldığı qeyd olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki