image-3179a894-a271-46a1-94ce-41bff9ebd817backend

“QARABAĞ AZƏRBAYCANA TƏHVİL VERİLİR…” – “ İrəvan texniki məsələlər barədə danışıq aparır”

image-reklam_sirab_01

İndiki anda Ermənistan hakimiyyəti Azərbaycanla Dağlıq Qarabağın təhvil verilməsinin texniki məsələləri barədə danışıq aparır.

Bu barədə VERELQ nəşri xəbər verir, bunu «Pressinq» proqramının efirindən türkoloq Varujan Qeqamyan bəyan edib.

Onun qiymətləndirməsinə görə, Ermənistan hakimiyyəti Dağlıq Qarabağın təhvil verilməsinə razılaşıb, bu barədə həm də açıq şəkildə bəyan ediblər, amma bu zaman elə ifadə forması seçilib ki, ictimaiyyətin kəskin neqativ reaksiyasından qaçmaq mümkün olsun. Qeqamyanın sözlərinə görə, prosesə cəlb olunmuş bütün tərəflər Ermənistan rəhbərliyinin bu mövqeyini qəbul ediblər ki, proses bu axarda davam etdirilsin.

«Mahiyyətcə, indiki anda artıq Dağlıq Qarabağın verilməsinin texniki tərəfləri müzakirə olunur: texniki verilmə neçə il ərzində baş tutacaq, onlara erməni məktəbi yaratmağa icazə veriləcəkmi və bu məktəbə kim rəhbərlik edəcək – erməni, yoxsa azərbaycanlı? Ancaq bu texniki məsələlər gözəl ad altında gizlədilib – Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi. Danışıqların daha bir mövzusu da bundan ibarətdir ki, Ermənistanla Turkiyə və Azərbaycan münasibətləri necə quracaq. Ermənistan hakimiyyətinin qiymətləndirməsinə görə, bu münasibətlər mehriban qonşuluq münasibətləri olmalıdır» – türkoloq bəyan edib.

KİV-in xəbər verdiyi kimi, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistanın və Azərbaycanın liderlərini Brüsselə növbəti görüşə dəvət edib. Bu barədə gündəlik brifinqdə fevralın 23-də axşam ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays işarə vurub.

Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə təhlükəsizlik konfransı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə görüşüblər. Baş nazir Nikol Paşinyan fevralın 16-da bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi üzərində işin növbəti mərhələsini başa çatdırıb və təklifləri Bakıya göndərib. O zaman Emənistan lideri izah edib ki, söhbət bütövlükdə müqavilə layihəsindən gedir və rəhbərlik etdiyi hökumətin əhvalını təsdiqləyib, həm də özünün sülh müqaviləsini maksimum qısa müddətdə imzalamağa hazır olduğunu bildirib.

Bu ərəfədə, martın 1-də Nikol Paşinyan bəyan edib ki, Ermənistan delimitasiya üzrə komissiyanın işinin reqlament layihəsini Azərbaycana verib. «Bu yaxınlarda biz, sərhədlərin delimitasiyası üzrə komissiyanın iş reqlamentini Azərbaycana vermişik. Bu sənədə cavabı gözləyirik» – Baş nazir qeyd edib.

Paşinyan xatırladıb ki, bundan əvvəl İrəvan tərəfindən təklif olunan sülh müqaviləsinin variantı Azərbaycan tərəfinə verilib. Bu zaman o, Ermənistan qanunvericilərinə məlumat verib ki, artıq sülh müqaviləsi üzrə işlərin 3 mərhələsi başa çatıb. Nəqliyyat kommunikasiyalarının açılması, sərhədyanı təhlükəsizliyin təmin olunması üzrə əvvəlki təkliflər, Baş nazirin sözlərinə görə, qüvvədə qalır (EADaily.com).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki