image-img-20221220-wa0018backend

Qarabağ və Şərqi Zəngəzurda post-konflikt quruculuğu

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilmişdir və bu Sərəncamdan irəli gələn “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış” Dövlət Proqramı icra edilir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında altı istiqamət üzrə prioritetlər müəyyənləşdirilib. Kənd təsərrüfatı, ərzaq sənayesi, dağ-mədən sənayesi, “yaşıl enerji”, nəqliyyat-loqistika və turizm. Sözügedən ərazilərin coğrafiyası, təbii iqlimi, tarixi-mədəni əhəmiyyəti və nəqliyyat potensialı nəzərə alınaraq regionlar üzrə inkişaf konsepsiyası hazırlanıb. Belə ki, Şuşa şəhəri mədəniyyət paytaxtımız rolunda çıxış edir, Ağdam şəhəri yüngül sənaye və xidmət, Zəngilan, Cəbrayıl və Füzuli rayonları nəqliyyat-loqistika qovşağı olmaqla yanaşı, eyni zamanda əkinçilik və “yaşıl enerji”, Laçın və Kəbəcər rayonları dağ-mədən sənayesi, turizm, “yaşıl enerji” və heyvandarlıq mərkəzlərinə çevrilir. Yaradılacaq bu mərkəzlər ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payını ciddi şəkildə yüksəldəcək.

Qarabağda və Şərqi Zəngəzurda başlayan genişmiqyaslı tkinti-bərpa quruculuğu ümumilikdə bütün ölkə iqtisadiyyatının inkişafına zəmin yaradacaq. Çünki tikinti elə bir həlqəli sahədir ki, tikinti məhsulundan 84 sahə faydalanır və bunlar bir-biri ilə əlaqəlidir.

İlk Böyük Qayıdışa 2022-ci ildə Zəngilan rayonunda “Ağıllı kənd” konsepsiyası əsasında sakinlərin qayıdışı ilə başlanıldı və bu proses mərhələli şəkildə işğaldan azad olunmuş digər regionlarımızda da davam edəcək. İqtisadi bərpa planının ikinci hissəsi olan əhalinin hissə-hissə öz torpaqlarına köçürülməsi iqtisadi fəaliyyətin və həyatın yenidən canlanmasına səbəb olacaqdır.
Bundan əlavə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış 2020-ci il 10 noyabr birgə bəyanatına əsasən Naxçıvana yeni nəqliyyat-Zəngəzur dəhlizinin açılması həm beynəlxalq yüklərin daşınması, həmdə ölkəmizin tranzit və turizm əhəmiyyətinin artması baxımından iqtisadiyyatımızın inkişafında önəmli paya sahib olacaqdır.

İşğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri ilə yanaşı həmin ərazilərin idarəetməsinin həyata keçirilməsi məqsədilə ölkə rəhbərinin 2021-ci il 4 fevral tarixli 1280 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri haqqında əsasnamə” təsdiq edilib. Azərbaycan Respublikasının Prezidentinin Admİnistrasiyasının sturuktur bölməsi olan xüsusi nümayəndəliklər Azərbaycan Respublikasının Prezidentinin müəyyən etdiyi inzibati ərazi vahidində öz fəaliyyətini həyata keçirir. Azərbaycan Respublikasının Prezidentinin 2021-ci il 27 yanvar tarixli Sərəncamı ilə Şuşada, 2021-ci il 24 may tarixli Sərəncamı ilə Ağdam şəhərində və 2022-ci il 4 may tarixli Sərəncamı ilə Zəngilanda xüsusi nümayəndəliklər yaradılmışdır.

Qarabağ və Şərqi Zəngəzurda abadlıq-quruculuq və bərpa işləri müəyyən proqram çərçivəsində mərhələli şəkildə aparılır. İlkin olaraq insanların təhlükəsizliyi üçün ərazilərin minalardan təmizlənməsi, ən zəruri infrastruktur layihələri olan yolların, su, kanalizasiya və elektrik sistemlərinin yaradılması, sosial-iqtisadi infrastrukturların qurulması və nəhayət özəl sektorun bu ərazilərə cəlb edilməsi planlaşdırılır. Əlbətdə ki, bərpa prosessinin əsas hərəkətverici qüvvəsi hər zamankı kimi insan amilidir.
Böyük Qayıdış konsepsiyasına uyğun olaraq əhalinin Qarabağa qayıdışını müəyyən kateqoriya üzrə qruplaşdırmaq olar. Əvvəlcə zəruri miqrasiya dediyimiz qrup üzrə insanlar köçürülməldir. Bura ərazinin təhlükəsizliyini təmin etmək üçün hərbçilər, polis orqanları və onların ailələri, daha sonra dövlət, təhsil, tibbi və ictimai iaşə xidmətləri təqdim edən əhali qrupu köçürülməldir. Könüllü miqrasiya olan ikinci mərhələdə birinci Qarabağ müharibəsi zamanı öz doğma torpaqlarından didərgin düşmüş insanların yenidən həmin ərazilərə könüllü olaraq qayıtmasıdır. Beyin axını dediyimiz növbəti mərhələdə bərpa-quruculuq işlərində ən son texnoloji yeniliklərdən istifadə olunacaq. Həmin ərazilərdə “Ağıllı kənd”, “Ağıllı şəhər”, layihələri, Ağdamda tikiləcək “Qarabağ” universiteti, yeni texnoloji sənaye və aqro parklar üçün yüksək bacarıqlı və ixtisaslı kadrlar lazımdır. Qruplaşmanın son növü olan sahibkar miqrasiyasında sahibkarlar tərəfindən investisiyanın qoyuluşu ilə yeni iş yerlərinin açılışı nəzərdə tutulur.
Görülən bütün tədbirlər işğaldan azad olunan ərazilərdə dayanıqlı iqtisadi inkişafa nail olmağa hesablanıb.
Ümid edirik ki, dövlətimiz qarşıya qoyulan bütün hədəflərə qısa zamanda nail olacaq və cənab Prezident İlham Əliyevin: “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” sözləri tezliklə reallığa çevriləcək.

Nizami Rayon İcra Hakimiyyətinin əməkdaşı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi- Eldəniz Zeynalov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki