image-1backend

Qarabağa Mingəçevirdən müntəzəm avtobus reysi açılır

image-reklam_sirab_01

Sabahdan RəqəmsaI İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Mingəçevirdən Şuşaya müntəzəm avtobus reysini istifadəyə verəcək.

“Operativ Məlumat Mərkəzi-OMM” agentliyə istinadən xəbər verir ki, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlara keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ölkənin nəqliyyat sisteminə inteqrasiyasının təmin olunmasıdır.

Reyslər Mingəçevir Avtovağzalından hər gün saat 08:00-da, Şuşa şəhərindən Mingəçevirə isə 16:00-da həyata keçiriləcək.

Mingəçevir – Şuşa – Mingəçevir reysi üzrə bir istiqamət üçün biletin qiyməti 5,5 manat təşkil edir. Bu reys üzrə Xocalı və Xankəndi şəhərləri aralıq məntəqələri kimi müəyyən edilib. Mingəçevir – Xocalı aralıq məntəqəsi üçün biletin qiyməti 4,5 manat, Mingəçevir – Xankəndi aralıq məntəqəsi üçün biletin qiyməti 5 manatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image