image-ruben-vardanyanbackend

 “Qarabağda yaşayan ermənilər Ruben Vardanyanın əsirliyindən xilas olmalıdır”

image-reklam_sirab_01

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən dinc etiraz aksiyası iyirmi doqquz gündür ki davam edir. Havanın şaxtalı olmasına baxmayaraq aksiya iştirakçıları yüksək əzm və qətiyyət nümayiş etdirirlər.

Laçın-Xankəndi yolunda keçirilən dinc aksiyanın ardıcıl olaraq 29 gün və çətin hava şəraitində davam etməsi xalqımızın yüksək vətənpərvərliyinin və iradəsinin göstəricisidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, aksiyanın keçirildiyi günlər ərzində heç bir neqativ hal qeydə alınmamış, sərbəst hərəkətə heç bir maneə yaradılmamış və yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Dinc aksiya, Azərbaycanın haqlı tələblərinin yerinə yetiriləcəyinə və həmin ərazilərimizdə qanunlarımız işləyənə qədər davam edəcək.
Aksiyanın keçirildiyi ərazidə baş verən maraqlı hadisələrdən biri də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə mülki erməni sakininin Azərbaycan Ordusunun postlarından birinə yaxınlaşaraq kömək istəməsi oldu. Həmin sakinə Azərbaycan əsgərləri tərəfindən yüksək qayğı və zəruri köməklik göstərildi. Bununla da Azərbaycan, civil vətəndaşlarımızı bombalayan Ermənistana humanistlik dərsi vermiş oldu. Dünya növbəti dəfə ədalətli Azərbaycan Ordusunun humanistliyinə şahidlik etdi. Eyni zamanda bu fakt Qarabağda Ruben Vardanyanın rəhbərliyi altında yaşayan ermənilərin necə ağır, çarəsiz və quru çörəyə möhtac durumda yaşamasını göstərmiş oldu.

Laçın-Xankəndi yolunda keçirilən aksiyanın əsas məqsədlərindən biri də Qarabağ iqtisadi zonasında yaşayan ermənilərə sülh və əmin-amanlıq şəraitində birgə yaşayışın, inkişaf yolunun eyni zamanda Ruben Vardanyanın və digər cinayətkarların əsirliyindən xilasolma yolunun göstərilməsidir.

Sədaqət Vəliyeva

Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki