Rövşən Məmmədov müəllifi olduğu “Həftə” analitik-informasiya proqramında Rusiya mediasının Azərbaycanı 2023-cü ilin antiterror əməliyyatları zamanı öldürülən sülhməramlılara görə qınadığından danışıb.
“Rusların döyüşlər getdiyi zaman Qarabağda nə işi vardı? Yəni, Azərbaycan ordusu 19-20 sentyabr tarixlərində Qarabağda mənzillənmiş Ermənistan silahlı birləşmələri və kriminal rejimin separatçı bandalarına qarşı lokal əməliyyata start verərkən, rusiyalı sülhməramlıları öncədən xəbərdar etmişdi ki, çıxın, çıxmırsınızsa əməliyyat zamanı gizləndiyiniz yerdə qalın. Güllə altına girməyin. Lakin Ruslan nə etdi? Bir neçə hərbçi öz avtomobili ilə döyüş ərazisinə girdi və Azərbaycan hərbçiləri onları erməni zənnn edərək məhv etdi.” – deyə, Rövşən Məmmədov mövzunu şərh edib.
O həmçinin bunun günahının Azərbaycan dövlətinin məsuliyyətinə yazılmamalı olmasını da vurğulayıb.
“Hərçənd, bu hadisə ilə də bağlı Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı vermişdi. Yəni, rəsmi Bakı yaxın tarixə aid hər bir insidentin qarşılıqlı anlaşma, obyektiv baxış çərçivəsində araşdırılmasının tərəfdarıdır. Ona görə yox ki, Azərbaycan coğrafi baxımdan kiçik ölkədir. Bəli, biz bir çox dövlətdən o cümlədən, Rusiyadan coğrafi baxımdan çox kiçiyik. Lakin əsas ərazi vahidi deyil, əsas atılan addımlar və verilən qərarlardır. Böyüklük, real böyüklük məhz bu zaman ortaya çıxır. Azərbaycan da qeyd olunan hadisələrdə ləyaqətlə davranmaqla öz böyüklüyünü ortaya qoydu. Odur ki, sıra Şimal qonşulardadır. Böyüklüyünüzü göstərin. Daha tarixdən müxtəlif hadisələr gətirib məsuliyyətdən boyun qaçırmaq lazım deyil və bu cür cılız yanaşma heç kimə başucalığı gətirmir. “ – deyə o, bildirib.
Ətraflı keçiddə: