image-raket-zerbesi-2backend

Qarabağla Ermənistanı birləşdirən başqa yollar varsa, raket zərbəsiylə dağıdılmalıdır

image-reklam_sirab_01
Qarabağdan Ermənistana iki gizli yolun varlığı barədə xəbərlər yayılıb. Erməni separatçılarının bu yolla Ermənistandan Xankəndiyə silah və sursat daşığıdı barədə fikirlər var. Bunu təsdiq və ya təkzib edəcək qurum Azərbaycan Müdafiə Nazirliyidir. Aydındır ki, həmin yol və ya yolar varsa asfaltlanmayıb, istifadə etmək asan deyil. Buna baxmayaraq, Ermənistandan Qarabağa piyada yoluyla da silah daşımaq mümkündürsə, bunun da qarşısı alınmalıdır.

Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, Azərbaycanın kəşfiyyat imkanları genişdir, erməni separatçılarının yerdəyişmələrini kosmik incələmə imkanlarımız da var:

“Demək, əgər Qarabağla Ermənistanı birləşdirən başqa çığır yollar da varsa onlar ya nəzarətə götürülməlidir, ya da raket zərbəsiylə dağıdılmalıdır. Bütün yollar Azərbaycan sərhədçilərinin nəzarətində olmalıdır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki