image-7777backend

Qarik Keryan: “Xankəndi hava limanının işə salınması fantaziyadır”

image-reklam_sirab_01

“Tanınmamış Qarabağ siyasətçiləri vəziyyəti düzəltmək üçün hər şeyi etməyə çalışırlar. Amma soyuqqanlı mühakimə etsək, “Qarabağ milli asambleyası”nın “sədri” Artur Tovmasyanın ATƏT həmsədrlərinə ünvanladığı çağırışı cavabsız qala bilər”.Vətəninfo.az  xəbər verir ki, bu sözləri erməni politoloq Qarik Keryan deyib.

O bunu belə əsaslandırıb ki, Minsk Qrupu hazırda mövcud deyil və üç böyük ölkə arasında ixtilaf səbəbindən edilən müraciətin də faydası olmayacaq. “Çünki Minsk Qrupunun həmsədr ölkələrinə müraciət etmək, Fransa, Rusiya və ABŞ-ın olduğu yerdə, əlbəttə ki, nəticə gözləmək mənasızdır. Birincisi, o format yoxdur, ikincisi, Ukraynada üç sədrlik edən iki ölkə bir-biri ilə açıq müharibədə olduğu halda bu həmsədrlər necə birgə addımlar ata bilər? Ona görə də, Laçın dəhlizinin açılması üçün ATƏT-in nəsə edə bilməsi məntiqli deyil”.

Keryan Xankəndi hava limanının işə düşməsi məsələsini də illuziya adalandırıb. Politoloqun fikrincə, Stepanaker hava limanının işə salınması ehtimalı fantaziyadır. “İllər əvvəl yenidən qurulan və lazımi avadanlıqla təchiz edilən hava limanının indi istismarı həmişəkindən çox mümkün deyil. Çünki bu, hava məkanından istifadə ilə bağlı beynəlxalq qanunlara ziddir”.

O qeyd edib ki, Qarabağın hava məkanı de-yure Azərbaycanın nəzarəti altındadır. “Əgər Azərbaycan o hava limanından istifadə etməyə razıdırsa, bu, bir növ Qarabağdakı “hakimiyyət”in və ya onların funksiyalarını tanımaq deməkdir. Halbuki bütün bu böhranın səbəbi Ermənistan və Qarabağdakı qüvvələrin həmin hava limanına nəzarət edə bilməməsidir. Təbii ki, Azərbaycanın Xankəndidəki hava limanının Ermənistanın Qarabağdakı qüvvələri tərəfindən istismarına icazə verməsi istisnadır”.jamaz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki