image-666backend

“Qazprom” əməkdaşlarının 14 ölkəyə səyahətinə izn verildi – Siyahıda Azərbaycan varmı?

image-reklam_sirab_01

2022-ci ilin dekabrında Rusiyanın “Qazprom” şirkəti əməkdaşlarına Rusiyanı tərk edərək 14 “dost” ölkəyə getməyə icazə verib.

Bu barədə “Vyorstka” dövlət korporasiyasındakı mənbələrə istinadən yazır.

Onların məlumatına görə, Azərbaycan, Belarus, Serbiya, Türkiyə, Çin, BƏƏ, Şri-Lanka, Hindistan, Mərakeş, Qətər, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan “ziyarətə ən çox üstünlük verilən” ölkələr siyahısındadır. “Vyorstka” mənbələri bu siyahının nəyə əsaslanaraq tərtib edildiyini bilmədiklərini qeyd ediblər.
Nəşrin həmsöhbətlərindən biri hesab edir ki, bura “Qazprom”un tərəfdaşlıq etdiyi ölkələr daxildir. Lakin onlardan birinə səfər zamanı belə dövlət korporasiyasının əməkdaşları öz rəhbərlərinə hesabat verməlidirlər.

Dekabrda “Vyorstka” yazıb ki, Rusiyanın dövlət neft-qaz şirkətlərinin əməkdaşlarına xaricə səyahətə qeyri-rəsmi qadağa qoyulub. Bildirilib ki, qadağa “Qazprom” işçilərinin ən yaxın qohumlarına da şamil edilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki