image-download-2backend

“Qəbul edilmiş qətnamə dünya siyasəti adına biabırçılıqdır” – Millət vəkili

image-reklam_sirab_01

“Noyabr ayının 30-da Fransa parlamentinin aşağı palatasının Azərbaycana qarşı qəbul etdiyi qətnamə Fransanın ikiüzlü, riyakar, heç bir məntiqə sığmayan və beynəlxalq hüquqa təmamilə zidd siyasətinin göstəricisidir.”- Vətəninfo.az-a açıqlamasında bunu millət vəkil Sədaqət Vəliyeva bildirib.

Millət vəkili bildirib ki, eyni zamanda qətnamənin qəbulu Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasına və regionda sülhün təmin olunmasına vurulan böyük zərbədir.

“Dünya ictimaiyyəti bir daha Fransanın erməni lobbisinin əlində oyuncağa çevrildiyinin şahid oldu. Qəbul edilmiş qətnamə, Fransanın özü kimi, terror dövləti olan Ermənistana nə səbəbə dəstək verməsinin izahıdır. Heç bir hüquqi əsası və mənası olmayan bu cür qətnamələr kəskin şəkildə qınanılmalıdır.”- deyə Sədaqət Vəliyeva bildirib.

“Ümumilikdə dünya tarixinə nəzər saldıqda Fransanın işğalçı, müstəmləkə və talançılıq siyasəti yürüdən bir dövlət olduğunu görürük. Dünyanın 50-dən artıq dövlətinin ərazisini işğal edən, həmin dövlətlərin sərvətlərini talan edən, xalqlarına qarşı divan tutan Fransa dövlətinin belə bir qətnamə qəbul etməsi dünya siyasəti adına biabırçılıqdır. Belə yerdə atalar misalları yerinə düşür: Meymun baxar güzgüyə, adını qoyar özgəyə və ya oğru elə qışqırdıki doğrunun bağrı yarıldı Yaxşı olardı ki, Fransa hökuməti və Makron boş-boş, heç bir hüquqi əsası olmayan qətnamələr qəbul etmək əvəzinə törətdikləri talanlar, işğalçılıq və müstəmləkə siyasəti ilə bağlı düşünsünlər. Və birmənalı şəkildə olaraq birdəfəlik anlasınlar ki, nə qədər ki, Azərbaycanın İlham Əliyev kimi güclü, uzaqgörən, dünyada böyük nüfuza malik Lideri və ölkəmizdə güclü xalq-iqtidar birliyi var heç bir qüvvə Azərbaycana təsir edə bilməz!”- deyə millət vəkili əlavə edib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki