image-qenirebackend

Qənirə Paşayeva deputatları maaşlarının bir hissəsini YAŞAT Fonduna ianə etməyə çağırıb

image-reklam_sirab_01

Milli Məclisin komitə sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əməkhaqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib.

Deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb.

Q.Paşayeva eyni zamanda cəzaçəkmə müəssisəsində cəzasını çəkən və əməlindən peşman olan bəzi qadınların əfv siyahısına salınmasını da təklif edib.

Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deputata cavabında bildirib ki, əfv sərəncamı imzalanan zaman bəzi kateqoriyalı cəza alan qadınların siyahıya salınması üçün də addımlar atılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki