Qətər sahillərindən təxminən 94 kilometr şimalda yerləşən ərazidə bir gəmiyə raket hücumu edilib.
Vətəninfo.az xəbər verir ki, Britaniya Hərbi Dəniz Qüvvələrinin Ticarət Dənizçiləri Koordinasiya Mərkəzinin məlumatına görə, gəmiyə bir neçə mərmi atılıb. Hadisə Mədinət əş-Şamal şəhərinin şimalında baş verib.
Hücum nəticəsində gəmidə olan şəxslərin xəsarət aldığı bildirilir. Lakin yaralananların dəqiq sayı və xəsarətlərinin ağırlıq dərəcəsi hələlik açıqlanmayıb.
Britaniya tərəfi hadisənin səbəblərini və hücumun kim tərəfindən həyata keçirildiyini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
Hadisə ilə bağlı əlavə məlumatın veriləcəyi gözlənilir.


























