Fevralın 4-də İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyası Sosial Tədqiqatlar Mərkəzinə müraciət edərək, Koalisiyanın Daxili İşlər Nazirliyi ilə imzaladığı Əməkdaşlıq Membrandumunun 3-cü maddəsinin 1-ci yarımbəndini rəhbər tutaraq, insan alveri ilə mübarizə sahəsində sosial tədqiqatların aparılması ilə bağlı görüş keçirilməsini təklif edib.
Vətəninfo.az xəbər verir ki, müraciət müsbət qarşılanmış və Sosial Tədqiqatlar Mərkəzi tərəfindən bu gün görüş keçirilib.
Görüşdə Koalisya ilə Sosial Tədqiqatlar Mərkəzi gələcəkdə insan alveri probleminin müxtəlif aspektlərinə dair birgə tədqiqatların aparılmasını müzakirə edilib. Ölkədaxili insan alveri problemi, uşaq əməyinin istismarı, insan alveri ilə bağlı vəziyyət, problemi yaradan səbəblərin tədqiqi və s aspektlər idi. Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc çıxışında bildirib ki, yeni formatda əməkdaşlıq davam etdirilməlidir.
İnsan hüquqları sahəsində dövlət tərəfindən yaradılan qanunvericilik bazası, milli qanunvericilik təhsili və parlamentdə həyata keçirilən tədbirlər haqqında danışan Zahid Oruc əlavə edib ki, koalisiya öz fəaliyyətini daha da artırmalıdır.