Türkiyədə səfərdə olan Naxçıvan Ali Məclisinin üzvü Üzeyir Məmmədov, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev, “İnkişafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədr müavini Xəqani Əliyev, iş adamı İsmayıl Allahverdiyev Qarsda Kafkas universitetində olublar. Nümayəndə heyəti Universitetin Beynəlxaq əlaqələr ofisinin rəhbəri, Qafqaz və Orta Asya Araşdırma Mərkəzinin rəhbəri, professor Hacali Necefoğlu və Kafkas Universiteti Müasir Türk Dilləri və Ədəbiyyatları (Azərbaycan filologiyası) departamentinin müdiri Dos. İlkin Qulusoyla görüşüblər.
Görüş zamanı professor Hacali Necefoğlu qonaqları Universitetin təlim, tədrisi ilə tanış edib. Professor Hacali Necefoğlu Azərbaycandan da gələn tələbələri bu tədris ocağında təhsil almasını arzulayıb.
Daha sonra Ramil Əliyev Qars və Azərbaycanın ortaq dəyərlərindən danışıb.
Görüşdən sonra QHT rəhbərləri Universitetin nəznində olan Heydər Əliyev Təhsil Mərkəzində olublar.
Görüşdən sonra xatirə fotoları çəkilib.