image-img-20230802-wa0042backend

Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisi Bakı ofisinə tabe olmalıdır

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasının “Qlobal dialoq” proqramının beynəlxalq müxbiri Aneliz Borjesə geniş müsahibə verib. Həmin müsahibə avqustun 1-də “Euronews” kanalında yayımlanıb.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycan – Ermənistan arasında danışıqlar prossesinə ətraflı toxunaraq qeyd edib ki, danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistan ilə sıx əməkdaşlıq əlaqələri vardır və buna görə də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir. “Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Sülh Təşəbbüsü çərçivəsində də görüşürük. Sonuncu dəfə bu görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, çünki durğunluq yaranarsa, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik”, – deyə Prezident İlham Əliyev bildirib.
Azərbaycan Prezidenti öz müsahibəsində Laçın yolundakı vəziyyət barədə də danışıb. Bildirib ki, bütün dünya Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatın da Bakıya tabe olması bizim legitim tələbimizdir. Dövlətimizin başçısı vurğulayıb ki, Qırmızı Xaç Komitəsinin Qarabağdakı ofisinin Bakı ofisinə deyil, İrəvandakı ofisə tabe olması yolverilməzdir.
BQXK-nin Qarabağda yerləşən ofisləri İrəvandakı ofisə tabedir. Bu, həmin təşkilatın ermənilərin təsiri altında olduğunu göstərir. Bu da bəzən problemlər yaradır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, sərhədlər şərti də olsa məlumdursa, niyə BQKX-nin ofisi Bakıdan sonra Qarabağa yaxın digər bölgələrdə olmasın?!
“Aprelin 23-dən – sərhəd keçid məntəqəsini qurduğumuz vaxtdan etibarən Qarabağın 2 mindən artıq sakini Ermənistana asan şəkildə gedib gəliblər”, – dövlət başçısı bildirib.
Prezident qeyd edib ki, iyunun 15-də Ermənistan növbəti hərbi təxribata əl atdı və Azərbaycan sərhədçilərindən birini yaraladı: “Araşdırma aparıldığı üçün yol müvəqqəti olaraq bağlansa da, sonra təkrar açıldı. Qırmızı Xaç Komitəsi dava-dərmanın nəqlini və Ermənistanda müalicəyə ehtiyacı olan xəstələrin təxliyəsini bərpa etdi. Lakin əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı siqaret, iPhone-lar və benzin kimi məhsulların qaçaqmalçılıqla keçirilməsi aşkar olundu. Qırmızı Xaç Komitəsi bunu etiraf etdi və bildirdi ki, onlar buna görə heç bir məsuliyyət daşımırlar… Lakin bu yük maşınlarının üzərində də, sürücülərin uniformaları üzərində də Qırmızı Xaçın emblemləri var idi”.
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) də boynuna alıb ki, humanitar yardım adı altında bəzi qanunsuz mallar daşınıb. Rəhbərliyi də bunu təsdiq edib. BQXK qaçaqmalçılıq hallarının sürücülərin əli ilə baş verdiyini iddia edir. Lakin hər bir halda bu kimi qanunsuzluqlara görə BQXK məsuliyyət daşıyır.
Əgər Azərbaycanda yaşayan hansısa etnik azlığa humanitar yardımlar edilirsə, buna vasitəçilik edən qurumun ofisi də Ermənistana deyil Bakıya tabe olmalıdır.

Metin Hüseynov – siyasi sərhçi, politoloq

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki