Braziliyalı hücumçu Rafinya İspaniya çempionu “Barselona” ilə müqaviləsini uzadıb. Vətəninfo.az xəbər verir ki, bu barədə futbol insayderi Fabrizio Romano sosial media hesabında məlumat verib.
29 yaşlı futbolçunun yeni müqaviləsinin 2030-cu ilin iyun ayına qədər uzadılması planlaşdırılır. Kataloniya klubu bunu bu həftə rəsmi olaraq açıqlayacaq.
Rafinya 2022-ci ilin iyul ayından bəri “Barselona”da oynayır, 185 oyunda 89 qol vurub və 62 məhsuldar ötürmə edib.


























