Kriştiano Ronaldonun Fransa mətbuatına verdiyi açıqlamalar müzakirələrə səbəb olub.
Vətəninfo.az xəbər verir ki, jurnalistin “Səni Parisdə nə vaxt görə bilərik” sualına Ronaldo belə cavab verib:
“Mənim üçün qapının açıq olduğunu bilirəm. Klubun stadionunu təkcə Parisdə yaşayan portuqallar doldura bilər. Özümü “Parc de Princes”də 50 min portuqallının önündə təsəvvür edə bilirəm. Bu möhtəşəm olar”.
Bəzi mənbələr iddia edir ki, Ronaldo mövsümün fasiləsində PSJ-yə transfer olunacaq. Lionel Messinin klub ilə müqaviləsi isə mövsümün sonunda başa çatır. İddia edilir ki, Ronaldo Messi ilə oynamağa razılıq verib. Messinin müqaviləsi başa çatandan sonra PSJ-dən ayrılacağı irəli sürülür.