image-reklam-veteninfo
image-1backend

Rubiodan İrana sərt ittiham: “Pulları xalqa deyil, silahlara xərcləyirsiniz”

image-reklam-veteninfo

ABŞ dövlət katibi Marko Rubio İran iqtisadiyyatının ağır vəziyyətlə üzləşdiyini bildirib.

Rubio İran hakimiyyətinin ölkənin maliyyə resurslarından istifadə siyasətini tənqid edib. Onun sözlərinə görə, Tehran əldə etdiyi vəsaitləri əhalinin rifahının yaxşılaşdırılmasına, yol və körpülərin tikintisinə, eləcə də ölkənin infrastrukturunun inkişafına yönəltmir.

Vətəninfo.az xəbər verir ki, ABŞ dövlət katibi iddia edib ki, İran hakimiyyəti maliyyə resurslarının bir hissəsini Hizbullah və HƏMAS-a, İraqda fəaliyyət göstərən silahlı qruplara və husilərə dəstəyə sərf edir.

Rubio bildirib ki, İranın iqtisadi problemlərinin əsas səbəblərindən biri ölkənin resurslarını əhalinin həyat şəraitinin yaxşılaşdırılması əvəzinə “terrorçuluğa və silahlara” yönəltməsidir.

ABŞ rəsmisi İran hakimiyyətini ölkənin maliyyə imkanlarından daha səmərəli istifadə etməyə və vəsaitləri ilk növbədə əhalinin rifahına yönəltməyə çağırıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki