image-00backend

Rus deputat AZƏRBAYCANLI MƏŞHURU hədələdi: “Ukraynanı dəstəkləyir”

image-reklam_sirab_01

Rusiya Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova Moskva meri, Sankt-Peterburq qubernatoru və Baş Prokurorluğa müraciət edərək azərbaycanlı hip-hop ifaçısı, “Jah Khalib” ləqəbli Bəxtiyar Məmmədovun konsertlərinin qadağan edilməsini tələb edib. Vətəninfo.az xəbər verir ki, deputat bunu müğənninin Ukraynanı dəstəkləməsi ilə “əsaslandırıb”.

O bildirib ki, müğənninin Ukrayaya olan rəğbəti barədə KİV-dən məlumat əldə edib. “KİV-dən öyrəndim ki, Ukrayna silahlı qüvvələrinə dəstəyini açıq şəkildə bildirən musiqiçi Moskva və Sankt-Peterburqda konsertlər planlaşdırır. Azərbaycanlı reper “İnstaqram”da ukraynalıları nəinki sevdiyini, həm də onlara heyran olduğunu yazıb”.

Lantratova məlumatın yoxlanılmasını və lazım gələrsə, cavab tədbirlərinin görülməsini, xüsusən də musiqiçinin konsertlərinin qadağan edilməsini tələb edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki