image-ed0b463e-7664-4830-91d1-34c85fa34ba4backend

Rus deputat Ukraynada öldürüldü – “Vaqner”in muzdlularından idi…

image-reklam_sirab_01

Rusiya Kommunist Partiyasından Xakasiya Ali Sovetinin deputatı Dmitri İvanov Ukraynada gedən müharibədə həlak olub.

O, muzdlu kimi PMC “Vaqner”in tərkibində döyüşüb. Deputatın ölümü ilə bağlı respublika rəhbəri Valentin Konovalov məlumat verib. Amma o təfərrüatı açıqlamayıb.

İvanov martın 27-də vəfat edib, lakin bu xəbər indi açıqlanıb. Onun 46 yaşı var idi. Deputat 2023-cü ilin fevralında könüllü kimi döyüşə gedib. D.İvanovun həyat yoldaşı və beş uşağı var.

Bu, Ukraynadakı müharibədə ilk deputatın ölümü deyil, lakin İvanov “Vaqner”-in tərkibində döyüşə gedən deputatlar və məmurlar arasında ölən ilk şəxsdir.

Xatırladaq ki, ötən ilin oktyabrında Novosibirsk vilayətindən olan deputat Dmitri Şmakov da Ukraynada öldürülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki