image-1backend

Rusiya genişmiqyaslı hücumlara başladı

image-reklam_sirab_01

Rusiya qüvvələrinin bu gün səhər radələrində Ukraynanın Slovyansk şəhərinə həyata keçirdiyi raket hücumları nəticəsində 1 nəfər ölüb, 25 nəfər yaralanıb.

9 xəbər verir ki, Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko sosial media hesabından verdiyi açıqlamada Rusiya hərbçilərinin yerli vaxtla saat 10:30 radələrində S-300 raketləri ilə Slovyansk şəhərinə hücum etdiyini bildirib.

“Hücumlar nəticəsində azı bir nəfər həlak olub, 25 nəfər yaralanıb, inzibati və ofis binaları, 5 mənzil və 7 fərdi yaşayış evi dağıdılıb”, deyən Kirilenko Slovyanskda dağılmış binaların dağıntıları altında axtarış-xilasetmə işlərinin davam etdiyi barədə məlumat paylaşıb.

Eyni saatda Rusiya ordusunun Drujkovka şəhərinə də raket hücumları həyata keçirdiyini qeyd edən Kirilenko iki raketlə vurulan kimsəsizlərin evinin tamamilə dağıdıldığını bildirib.

Rusiya qüvvələrinin bu gün Avidiyivkaya raket hücumu təşkil etdiyini qeyd edən Kirilenko hücumlarda bir otel və məhkəmə binasının zərər gördüyünü bildirdi.

Bundan əlavə, Kirilenko qeyd edib ki, Rusiya əsgərləri gün ərzində Kurahove, Soledar, Zvanivka və digər yaşayış məntəqələrini də bombalayıblar.

Ukrayna prezidenti Volodimir Zelenski sosial media hesabında Slovyansk hücumları ilə bağlı paylaşım edib.

“Rusiya terroru ilə başlayan daha bir gün. İşğalçı dövlət bizim Slovyanskimizi bombaladı” ifadəsini paylaşan Zelenski hücumlarda ölən və yaralananların olduğunu bildirib.

Zelenski “Düşmən bilməlidir ki, Ukrayna xalqımızın zorakılığını, bu ölüm və xəsarətləri bağışlamayacaq. Bütün Rusiya terrorçuları məğlub olacaq. Bu təcavüzdə əli olan hər kəs cavab verəcək” deyib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki