Moskvada Rusiya, Türkiyə, İran və Suriya arasında təhlükəsizlik məsələlərinə dair dördtərəfli danışıqlar keçirilib.
Danışıqlarda dörd ölkənin müdafiə nazirləri və xüsusi xidmət orqanlarının rəhbərləri iştirak ediblər. Bu formatda ilk dəfə keçirilən danışıqların təfərrüatları açıqlanmasa da, tərəflər görüşün konstruktiv xarakterini vurğulayıblar.
Vətəninfo.az xəbər verir ki, Rusiya mediası iddia edir ki,rəsmi Kreml Türkiyə qoşunlarının Suriyadan çıxarılması tələb edir. Media iddia edir ki, Rusiya tərəfi Turkiyədən qoşunlarını Suriyadan çıxarılması ilə bağlı danışıqlar aparıb.


























