image-316410572_5582054768579904_7437657339671058603_nbackend

Rusiya milyarderlər kartını yenidən işə salıb: Vardanyan və Fərhad Əhmədovun ifşası…

image-reklam_sirab_01
Bir neçə gün öncə, Babək Səmidlinin səs yazısı yayıldı. Mənim məsələyə münasibətim əksəriyyətdən fərqli oldu. Həmin vaxt yenə də kütlə psixologiyasından doğan basqılara məruz qaldım. Mən həmin səs yazısının yayılmasını Dövlətimizə, Ordumuza və Türkiyəyə qarşı təxribat kimi dəyərləndirmişdim.
Gəlin nəticəyə baxaq. Dünəndən məlumat yayılıb ki, Rusiyada fəaliyyət göstərən Azərbaycan əsilli milyarder Fərhad Əhmədov DTX tərəfindən saxlanılıb, dindirilib və ölkədən çıxışına qadağa qoyulub.
Onun saxalanılmaaı ilə bağlı səslənən versiyaların sırasında Babək Səmidlinin səs yazısının yazılması və paylaşılmasının məhz milyarder tərəfindən edilməsi ilə bağlı məqamlar da öz əksini tapır.
Bu tam təsdiqini taparsa, deməli, Fərhad Əhmədov doğrudan da, ölkədə təxribatla məşğul olub. Mərhum Səmidli ilə onun yaxın münasibıtlərinin olduğu isə dəqiqdir.
Əvvəla, hər ikisi əslən Göyçay rayonundandır. İkincisi , 44 günlük müharibə dönəmində Fərhad Əhmədovun orduya yardım göstərmək adı ilə məhz Səmidlinin xidmət sahəsindən ön xəttə olduğuna dair çoxsaylı videolar və fotolar paylaşılıb.
Məlumat təsdiqini taparsa, deməli, milyarder ölkəmiz əleyinə ciddi və planlı təxribatla məşğul olub. Rusiyanın milyarderlərdən bir təzyiq kartı kimi istifadə etməsi heç kimə sirr deyil.
2013-cü ildə Kremlin planı əsasında yaradılan “Milyarderlər İttifaqı”, hazırda erməni əsilli milyarder Vardanyanın konkret fəaliyyət planı əsaslnda instruktaj edilərək , Qarabağa göndərilməsi də bu qəbildən olan hadisələrdi.
Fərhad Əhmədovun son dönəmlər ölkə mediası ilə də ciddi əlaqələr qurduğu, hətta bəzi saytlara böyük maliyyə dəstəyi verdiyi bildirilir. Ölkəmizin təhlükəsizliyi ilə sırf əlaqəli olan bütün bu detallar dərindın araşdırılmalıdlr.
Məhəmmədəli Qəribli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki