image-111backend

Rusiya Müdafiə Nazirliyinə silahlı hücum oldu: 1 nəfər həbs edildi

image-reklam_sirab_01

Bu gün səhər saatlarında silahlı şəxs Moskvanın mərkəzində Rusiya Federasiyası Müdafiə Nazirliyinin əsas binasına daxil olmağa cəhd edib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Cinayətkar dərhal tutulub, ondan pnevmatik tapança götürülüb. Kişi hərəkətinin motivini izah edə bilməyib.

Hadisə nəticəsində xəsarət alanların olmadığı qeyd edilir. Həbs olunan şəxs barəsində xırda xuliqanlıq maddəsi ilə protokol tərtib edilib. O, müayinə üçün psixiatriya şöbəsinə göndərilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki