image-111backend

“Rusiya-Ukrayna müharibəsində sülhün ümidi Türkiyədir!”- Çavuşoğlu

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, “Twitter” hesabında “Rusiya-Ukrayna müharibəsi: Türkiyənin səyləri, təşəbbüskar, humanitar və təsirli xarici siyasətimiz” başlığı ilə paylaşdığı mesajda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Rusiya-Ukrayna müharibəsində sülhün ümidi Türkiyədir!” sözlərini paylaşıb.

24 fevral 2022-ci il tarixindən bu yana davam edən müharibə zamanı Türkiyənin təşəbbüs və səylərini “twitter” hesabında “Rusiya-Ukrayna müharibəsi: Türkiyənin səyləri, təşəbbüskar, humanitar və təsirli xarici siyasətimiz” başlığı ilə paylaşdığı mesajda M.Çavuşoğlu yazıb: “Rusiya-Ukrayna müharibəsi başlanandan sonra iki ölkənin xarici işlər nazirlərini ilk dəfə Antalya Diplomatiya Forumunda bir araya gətirdik.

İstanbulda prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında danışıqlar aparıldı.

BMT ilə İstanbulda Taxıl Sazişini bağladıq və qlobal ərzaq böhranının qarşısını aldıq.

Ukrayna ilə Rusiya arasında əsir mübadiləsini təmin etdik.

Rusiya Atom Enerjisi üzrə Dövlət Agentliyi (ROSATOM) ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında münasibəti düzəltdik.

Montrö Konvensiyasını vasvasılıqla həyata keçirdik.

Rusiya-Ukrayna müharibəsində sülhün ümidi Türkiyədir!”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki