image-6434f56f7319fbackend

Rusiya-Ukrayna müharibəsinin həlli yolu: Türkiyə savaşı durdura biləcəkmi?

image-reklam_sirab_01

Rusiya-Ukrayna müharibəsinin həlli yolları axtarılır. Bu mövzuda tez-tez ön plana çıxan ölkə ise Türkiyədir.

Vətəninfo.az xəbər verir ki, Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl da eyni fikirdə olduğunu bəyan edib.

İsveçrə və Avstriyanın artıq neytrallıqlarını itirdiklərini qeyd edən Kneissl “Rusiya və Ukrayna arasında mümkün sülh danışıqları böyük ehtimalla Türkiyədə keçiriləcək” deyib.

Qeyd edək ki, Ukraynanın şərqi 14 aya yaxındır ki, atəş altındadır. Rusiya qeyri-qanuni ilhaq edilmiş ərazilərə nəzarəti saxlamağa çalışır.

Digər tərəfdən, iki ölkə arasında əsir əsgər mübadiləsi aparılıb. 106 Rusiya əsgəri və 100 ukraynalı əsgər azad edilib. Bildirilib ki, Rusiya tərəfindən qanunsuz saxlanılan 24 ukraynalı uşaq Xersona gətirilib.

Rusiyada saxlanılan amerikalı müxbirlə bağlı ABŞ açıqlama verib. ABŞ Dövlət Departamentinin yazılı açıqlamasında deyilir: “Katib Antoni Blinken Evan Gerşkoviçin Rusiya tərəfindən haqsız yerə həbs edildiyinə qərar verib”.

Moskva ilə sıx əlaqələri olan Minskdən maraqlı çıxış gəlib.

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşündə mümkün təhdidlərə toxunub. O, Rusiyadan Belarus ərazisinə qarşı təhdidlərlə bağlı zəmanət istəyib.

Lukaşenko “Belə bir vəziyyətdə Belarusu öz torpağınız kimi müdafiə etməlisiniz” deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki