image-6131061373af3backend

Rusiyada “Dövlətə xəyanət cinayəti”nə dair yeni fərman imzalandı  

image-reklam_sirab_01

Rusiya prezidenti Vladimir Putin “Dövlətə xəyanət cinayəti”nə dair ömürlük həbs cəzasını nəzərdə tutan fərman imzalayıb.

Vətəninfo.az xəbər verir ki,   Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan qanuna görə, dövlətə xəyanət cinayətini törədənlərin 20 ilə qədərki həbs cəzası “ömürlük” olaraq dəyişdirildi.

Terror cinayəti törədənlərin 15 il həbs cəzası 20 ilə qədər çıxarıldı.

Beynəlxalq terror cinayətləri törədənlərin cəzası 12 ildən “ömürlük”ə qədər uzadıla biləcək.

Terrorçuluğa çağırış cinayətini törədənlər 5-7, terror qruplaşmalarında iştirak edənlər isə 10-15 il arası həbs cəzasına məhkum olunacaqlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki