image-1backend

Rusiyada fövqəladə vəziyyət elan edilib

image-reklam_sirab_01

Qara dənizdə fırtına nəticəsində zədələnən iki tanker gəmisindən sızan neftin bəzi sahil şəhərlərində yaratdığı çirklənmə səbəbilə Rusiyada fövqəladə vəziyyət elan edilib.

Vətəninfo.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən yazılı açıqlamada ölkənin Qara dəniz sahillərində neft sızıntısının səbəb olduğu ekoloji çirklənmə ilə mübarizənin davam etdiyi bildirilib. Açıqlamada mübarizənin daha səmərəli şəkildə aparılması üçün fövqəladə vəziyyət elan edildiyi, bölgəyə daha çox briqada və maddi resursun ayrılacağı qeyd edilib.

Bölgədəki işlərə bəzi türk şirkətləri də intensiv dəstək verir.

Qara dənizin Kerç Boğazında təsirli olan fırtına səbəbindən 15 dekabrda ayrı-ayrı qəzaya uğrayan Rusiyaya məxsus “Volgoneft-212” və “Volgoneft-239” tanker gəmilərinin zədələndiyi və bu tanker gəmilərindən neft sızdığı haqqında məlumat verilmişdi. Tanker gəmilərdən ümumilikdə 4 min ton neftin sızdığı təxmin edilir. Sızan neftin təmizlənməsi üçün bir çox rəsmilər və könüllülər işlərə cəlb edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image