Rusiyada hərbi xidmət keçən və çağırış vərəqəsi alan vətəndaşların ölkədən çıxışı qadağan edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bu barədə hərbi xidmətə daxil olan şəxslərin vahid reyestrinin yaradılmasını nəzərdə tutan federal qanun layihəsində deyilir.
Sənəddə qeyd olunur ki, hərbi xidmətə çağırılmalı olan və hərbi komissarlıqdan bildiriş almış vətəndaşların bildiriş alındığı gündən ölkə sərhədlərini tərk etmələri qadağandır.