image-image_750x_6440e31e4d835backend

Rusiyalı məşhur admiral istefaya göndərildi

image-reklam_sirab_01

Rusiya Hərbi Dəniz Qüvvələrinin Sakit Okean Donanmasının komandanı, admiral Sergey Avakyants istefaya göndərilib.  Vətəninfo.az xəbər verir ki, bunu  “Kommersant”a baş nazirin müavini, Rusiya prezidentinin Uzaq Şərq Federal Dairəsi üzrə nümayəndəsi Yuri Trutnev bildirib.

Rəsminin sözlərinə görə, admiral Avakyants yeni vəzifəyə, hərbi təlim və vətənpərvərlik tərbiyəsi mərkəzlərinin koordinasiya qərargahının rəhbəri təyin edilib.

“Hazırlıq dövrü başa çatmaq üzrədir, bu müddət ərzində biz regional mərkəzlərin fəaliyyətinə metodik dəstək verəcək və onların işini əlaqələndirəcək mərkəzləşdirilmiş struktur yaratmışıq.
Əslində prezidentin qarşıya qoyduğu tapşırıqların icrası üçün qərargah olan bu mərkəzi struktura son vaxtlara qədər Sakit Okean Donanmasına rəhbərlik etmiş admiral Avakyants rəhbərlik edəcək”, – deyə Trutnev bildirib.

Avakyants 2010-cu ilin oktyabrından Sakit Okean Donanmasına rəhbərlik edir. O, 2014-cü ildə admiral rütbəsi alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki